Hindistan Boeing təyyarələrində yanacaq açarlarının yoxlanmasını tələb edir

Tarix: 22:01 15.07.2025
Hindistanın Mülki Aviasiya Baş İdarəsi (DGCA) ölkədəki aviaşirkətlərə Boeing təyyarələrində yanacaq idarəetmə açarlarını yoxlamağı əmr edib. Bu qərar, iyun ayında Air India-nın 260 nəfərin ölümü ilə nəticələnən qəzasından sonra verilib.
Əmrdə qeyd olunub ki, yoxlamalar iyulun 21-dək tamamlanmalı və uçuşların təhlükəsizliyini təmin etmək üçün vaxt qrafikinə ciddi riayət olunmalıdır. Yoxlamalar, 2018-ci ildə ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən verilmiş, lakin məcburi olmayan məsləhətə əsaslanır.
İlkin araşdırmada qəzanın Boeing 787 Dreamliner təyyarəsindəki yanacaq açarlarının yanlışlıqla "kəsmə" mövqeyinə keçməsi səbəbindən baş verdiyi bildirilib. DGCA-nın qərarından sonra Hindistan və bir sıra beynəlxalq aviaşirkətlər tədbirlər görməyə başlayıb.
Mənbə: BBC
Türkan Kərimli