Daxili İşlər Naziri Yerlikaya: Millətimiz xainlərə lazımi cavabı verib

Tarix: 22:05 15.07.2025
Daxili İşlər Naziri Ali Yerlikaya, 15 iyul mesajında, “Həmd olsun cəsarətini, fərasətini və gücünü ay ulduzlu bayrağımızdan, vətən sevgisindən, ‘iman dolu sinəsi kimi sərhədindən’ alan millətimiz ölkəmizin dörd bir yanında o xainlərə lazımi cavabı verib,” – deyib.
Daxili İşlər Naziri Ali Yerlikaya, sosial media hesabından etdiyi paylaşımda bu ifadələrə yer verib:
Tarix 15 iyul 2016...
O qaranlıq gecədə Qaziantep valisi olaraq vəzifə yerinə yetirmişəm. O Qaziantep ki; Milli Mübarizə ruhunun öncüsü, məşəl daşıyıcısı bir şəhər olub. Zillət altında yaşamaq yerinə sevinclə ölümə qaçanların; Fransız işğalında, “Haydı Anteplilər, namus günüdür” deyən Qarayılanın yurdu olub…
Həmd olsun, cəsarətini, fərasətini və gücünü ay ulduzlu bayrağımızdan, vətən sevgisindən, “iman dolu sinəsi kimi sərhədindən” alan millətimiz ölkəmizin hər tərəfində o xainlərə lazımi cavabı verib!
O gün bir daha görmüşük ki, əziz millətimiz şəhadəti nemət, əsarəti isə zillət olaraq görüb.
Dilimizi dualar bəzəyib, qəlbimizdə isə qəzəb yer alıb. Bu gündən düz 9 il əvvəl, şəhid qanlarıyla ödənmiş müqəddəs vətən torpağımızda alçaq bir xəyanət cəhdi yaşanıb. O zülmət gecədə göydən bombalar yağıb, tanklar insanlarımızı əzib. Günahsız insanların üzərinə hədəf gözetmədən atəş açılıb.
Ancaq Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın ifadə etdiyi kimi “Son sözü top, tüfəng yox, iman deyəcəkdi.” Elə də olub.
15 İyul, əziz millətimizə biçilmək istənən kəfənin yırtılıb atıldığı gün olub.
15 İyul, azad iradəmizə, müstəqilliyimizə zəncir vurulmayacağının möhürü olub.
Vətənimiz uğrunda canını fəda etmiş əziz şəhidlərimizi rəhmət, minnət və hörmətlə yad etmişəm. Qazilərimizə sağlamlıq və şəfa diləmişəm.
Haber Global
Xəlilli Nigar