İtalyan mətbuatı bildirib: Osimhen transferində kritik tarix bəlli olub

Bölmə: Dünya › ,
Tarix: 22:10 15.07.2025

 

İtalyan mətbuatında yer alan xəbərdə, Napoli-nin Victor Osimhen-in transferi mövzusunda Galatasaray-a şərtləri yerinə yetirməsi üçün son bir tarix verdiyi qeyd olunub.


Keçən mövsümü icarə əsasında Galatasaray-da keçirən və əldə olunan uğurlarda böyük pay sahibi olan Victor Osimhen-in gələcəyi hələ də qeyri-müəyyənliyini qoruyur.


Sarı-qırmızılılar, nigeriyalı hücumçunu heyətə qatmaq üçün böyük səylər göstərirlər.


İtalyan jurnalist Gianluca Di Marzio-nun xəbərinə görə; Napoli, Osimhen-in transferi mövzusunda ən gec 19 iyul şənbə gününə qədər Galatasaray-a vaxt verib.


Napoli-nin sarı-qırmızılı klubdan tələb etdiyi banka zəmanətlərini ala bilmək üçün 19 iyula qədər gözləyəcəyi qeyd olunarkən, Al Hilal-in də danışıqları çox yaxından izlədiyi vurğulanıb.


Al Hilal-in Napoli-yə Galatasaray-dan daha yüksək bir təklif verdiyi və daha inandırıcı banka zəmanətləri təqdim etməyə hazır vəziyyətdə olduğu bildirilib.


Xəbərdə 19 iyul tarixindən etibarən Napoli-nin Osimhen-in Al Hilal-ə transferi mövzusunda təzyiq göstərəcəyi qeyd olunub.


Haber Global
Xəlilli Nigar