Jesus Vallejo Albacete'ye transfer olub

Bölmə: Dünya › ,
Tarix: 22:12 15.07.2025

 


İspaniyanın La Liga komandalarından Real Madrid-lə olan müqaviləsi başa çatan ispan müdafiəçi Jesus Vallejo rəsmi olaraq klubdan ayrılıb.


28 yaşlı stoper, İspaniya 2-ci Liqa (La Liga 2) təmsilçilərindən Albacete ilə razılığa gəlib.


Albacete klubundan verilən açıqlamada Vallejo ilə 2 illik müqavilə imzalandığı bildirilib.


İspan müdafiəçi ötən mövsüm Real Madrid forması ilə cəmi 4 oyunda iştirak edib və 1 qol ötürməsi (asist) verib.


Haber Global
Xəlilli Nigar