Rusiya: Trampın Kremlə dramatik ultimatumu bizə əhəmiyyət verməyib

Tarix: 22:13 15.07.2025
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Kremlə “teatr ultimatum” verdiyini bildirib. O, məsələ ilə bağlı sərt açıqlama verərək qeyd edib:
“Döyüşkən Avropa məyus olub. Rusiyanın isə heç vecinə deyil”.
Medvedev əlavə edib ki, Tramp Ukrayna ilə razılıq əldə edə bilmədiyi təqdirdə Rusiyaya qarşı gömrük tariflərini 100 faiz artırmaqla hədələyib və bu barədə yazılı açıqlama yayıb.
“Dünya Trampın təhdidini səbirsizliklə gözləyib. O, Kremlə möhtəşəm ultimatum verib. Amma nəticə? Döyüşçü Avropa məyus olub, Rusiyanın isə vecinə belə deyil”, – deyə Medvedev bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp son açıqlamasında Ukrayna ilə razılaşma əldə edilməyəcəyi halda Rusiyaya qarşı tarifləri 100 faiz artıracağını və Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərəcəyini bəyan edib.
TRT XƏBƏR
Mahmudlu Ləman