Hindistan Boeing 787 və 737 təyyarələrinin yanacaq açarlarını yoxlayacaq

Tarix: 22:14 15.07.2025
Hindistanın Mülki Aviasiya Baş İdarəsi (DGCA), iyunun 12-də baş verən təyyarə qəzası ilə bağlı yayımlanan ilkin araşdırma hesabatından sonra ölkədə istismarda olan bütün Boeing 787 və 737 tipli təyyarələrin yanacaq açarlarının yoxlanılmasını əmr edib.
India Today-in məlumatına görə, qəzanın ilkin araşdırma nəticələri göstərib ki, təyyarə havaya qalxdıqdan bir neçə saniyə sonra hər iki mühərrikə yanacaq axını dayanıb. Bu isə mühərriklərin dayanmasına və təyyarənin qəzaya uğramasına səbəb olub.
DGCA müvafiq təhlükəsizlik tədbiri olaraq bütün Boeing 787 və 737 təyyarələrində yanacaq açarlarının iyulun 21-dək tam yoxlanılmasını tələb edib.
TRT XƏBƏR
Mahmudlu Ləman