Almaz Mahmud Teleradio Akademiyasına rektor təyin olunub

Bölmə: MEDİA › ,
Tarix: 14:11 18.07.2025


Almaz Mahmud Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdnindəki Teleradio Akademiyasına rektor təyin olunub.
O, bundan əvvəl Teleradio Akademiyasının prorektoru vəzifəsində çalışıb.

Filologiya üzrə fəlsəfə doktorudur. Hazırda elmlər doktorluğu üzrə “Media və İnformasiya Savadlılığı çərçivəsində vizuallıq savadlılıq və yeni trendlər” adlı elmi araşdırma aparır. 20-yə yaxın beynəlxalq və yerli elmi jurnallarda dərc olunan məqlələrin, eyni zamanda “Media savadlılığı jurnalistlər üçün” adlı kitabın müəllifidir. 

AZTV-nin “Ruanda:100 qanlı gün”, “Fransa Tunisi”, “Kenya, iqlim qurbanları”, “Paklar Diyarı”, “Zar mağarası”, “Qərbi Azərbaycanlıların Türkiyə köçü”, “Tarixin Şanlıurfa izləri” və digər sənədli filmlərinin müəllifi və aparıcısıdır.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) AZTV komandası olaraq fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.