Litva Belarusa etiraz notası verib

Tarix: 19:50 01.08.2025
Litva ölkə sərhədinin pozulması ilə əlaqədar Belarus səfirliyinin nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırıb.
Bu barədə "İnformator.az" LRT-yə istinadən xəbər verir.
Belarus diplomatına etiraz notası təqdim edilib və qarşı tərəfdən rəsmi izahat tələb olunub.
Xatırladaq ki, iyulun 28-də pilotsuz uçuş aparatı (PUA) Belarus ərazisindən Litvanın hava məkanına daxil olub. PUA avqustun 1-də ölkənin Yonava rayonundakı Qayjunay poliqonunda aşkar edilib.