McDonald’s AI tətbiqini genişləndirəcək

Tarix: 20:28 01.08.2025
McDonald’s 2027-ci ilə qədər süni intellekt texnologiyalarına sərmayəsini artırmağı planlaşdırır. Şirkət artıq 400 restoranda AI ilə sifarişlərin yoxlanmasını sınaqdan keçirir və bu texnologiyanı 40 min restoranda tətbiq etməyi hədəfləyir.
AI həmçinin satış proqnozlaşdırılması, qiymət strategiyası və məhsul analizi üçün istifadə olunur. McDonald’s Hindistandakı Haydarabad ofisini ABŞ-dən kənarda ən böyük texnologiya mərkəzinə çevirmək istəyir. Burada 2000 nəfərlik qlobal imkanlar mərkəzi yaradılır. Şirkət oxşar bir ofisi Polşada da açmağı planlaşdırır.
ANEWZ
Gülhüseynova Güllər