Quterriş Qazaxıstana rəsmi səfər edəcək

Bölmə: Siyasət › ,
Tarix: 22:08 01.08.2025

BMT-nin Baş katibi Antonio Quterriş avqustun 3-də Qazaxıstana rəsmi səfər edəcək. Səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq və Almatıda ikitərəfli danışıqlar aparılacaq.


Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, Stiv Uitkoffun Rusiyaya gözlənilən səfəri Tramp administrasiyasının xarici siyasətdə yeni prioritetlər və taktiki dəyişikliklərə hazırlaşdığını göstərir:

 

" Bu səfənin əsas məqsədi, Ukrayna müharibəsi ətrafında ABŞ və Rusiya arasında mümkün danışıqlar üçün zəmin yaratmaqdır. Aydın şəkildə görünür ki, Tramp diplomatik kanalların açılmasına və Moskva ilə müəyyən razılaşmaların əldə olunmasına çalışır.
İsraildən sonra Rusiyaya edilən bu səfər Vaşinqtonun yeni geosiyasi balans qurmağa çalışdığını göstərir yəni bir tərəfdən Yaxın Şərqdə İsrailin təhlükəsizliyi, digər tərəfdən isə Şərqi Avropada sabitliyin təmin olunması gündəmdədir.
Ukrayna məsələsində də ABŞ-nin mövqeyində yumşalma və ya ən azı yeni yanaşma ehtimalını gündəmə gətirir. Tramp əvvəllər səsləndirdiyi “müharibəni bir günə bitirə bilərəm” tipli açıqlamalarını indi konkret diplomatik çərçivəyə salmağa çalışır. Bu isə o deməkdir ki, Tramp administrasiyası Ukraynaya hərbi deyil, daha çox siyasi və diplomatik dəstək vermə yoluna üstünlük verir. Mümkündür ki, bu yanaşma Ukraynaya edilən yardım paketlərinin məhdudlaşdırılması və ya Rusiya ilə kompromisli sülh modelinin irəli sürülməsi ilə müşayiət olunsun.
Reallıq ondan ibarətdir ki, Tramp administrasiyası Rusiya ilə açıq qarşıdurmadan daha çox razılaşmaya əsaslanan münasibətlərə üstünlük verir. Hesab edirəm Tramp və onun komandası Rusiyanı Çinlə müqayisədə daha az təhlükə kimi qiymətləndirir və bu da Vaşinqton-Moskva xəttində siyasi tonun dəyişməsinə səbəb olur".


Billurə Quliyeva