Türkiyə ölkənin gələcəyi naminə tarixi addımlar atır-Prezident Ərdoğan

Bölmə: Dünya › ,
Tarix: 18:03 05.08.2025

Türkiyə təhlükəsizlik, demokratiyanın möhkəmləndirilməsi, iqtisadiyyat, texnologiya, müdafiə sənayesi və xarici siyasət daxil olmaqla müxtəlif sahələrdə ölkənin gələcəyi naminə tarixi addımlar atır.

 

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsi – Anıtkabir-də yerləşən Xatirə Kitabına yazdığı qeydi səsləndirərkən bildirib. Dövlət başçısı ölkənin Ali Hərbi Şurasının iclasından əvvəl bu kompleksi ziyarət edib.

 

“Qurulan tələlərə və həm daxildən, həm də xaricdən gələn hücumlara baxmayaraq, Türkiyəni dəyişən dünya sistemində qütblərdən birinin lideri olan ölkəyə çevirmək uğrunda mübarizəmizi davam etdiririk”, – deyə Türkiyə lideri vurğulayıb.


Anadolu Agency
Ayan Əsgərova