Təmir işləri ilə bağlı qatarların hərəkətində gecikmələr ola bilər-ADY

Bölmə: Sosial › ,
Tarix: 19:06 06.08.2025

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-dən etibarən Abşeron dairəvi dəmir yolu xətti və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr müşahidə oluna bilər.


Bu barədə "İnformator.az" "Report"a istinadən xəbər verir.

 

"Yarana biləcək müvəqqəti narahatlığa görə sərnişinlərdən anlayışlı olmaları xahiş olunur",- məlumatda deyilir.