Gəncədə 13 yaşlı yeniyetmənin meyiti tapılıb

Bölmə: Sosial › ,
Tarix: 23:02 06.08.2025

Gəncədə 13 yaşlı yeniyetmə ölüb. 


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, şəhərin Avtozavod qəsəbəsində yaşayan 2012-ci il təvəllüdlü H. İsmayılov yaxınları tərəfindən huşsuz vəziyyətdə aşkar edilib. 


Xəstəxanaya çatdırılan H. İsmayılovun öldüyü məlum olub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb