"Boluspor"dan eyni anda 3 transfer

Bölmə: İdman › ,
Tarix: 23:07 06.08.2025

Trendyol 1. Liqa komandalarından Boluspor, yeni mövsüm öncəsi heyətini 3 futbolçu ilə gücləndirib. Qırmızı-ağlılar yarımmüdafiəçilər Can Arda Yılmaz və Rahman Buğra Çağıran, eləcə də müdafiəçi Abdulsamet Kırım ilə müqavilə imzalayıb.

 

Can Arda Yılmazla 3 illik, Abdulsamet Kırım və Rahman Buğra Çağıranla isə 1 illik sözləşmələr bağlanıb.