Çin yeni nüvə sualtı qayığını istismara verib

Bölmə: Dünya › ,
Tarix: 23:57 06.08.2025

Çin ballistik raket sualtı qayığını döyüş patruluna göndərib.


"İnformator.az" xəbər verir ki, sualtı qayıq Çinin strateji sualtı donanmasının əsas hissəsinin yerləşdiyi Haynan adasındakı bazadan yola düşüb .

 

Ekipaj üzvlərindən biri mediaya açıqlamasında bildirib ki, müvafiq əmr verildiyi təqdirdə “tərəddüd etmədən” nüvə raketləri havaya buraxılacaq. Sualtı qayıq Project 094 ballistik raketləri ilə təchiz edilib.