Azərbaycan Memarlıq və İnşaat Universitetində laborant vəfat edib

Bölmə: ,
Tarix: 18:12 09.03.2023

Bu gün Memarlıq və İnşaat Universitetinin əməkdaşı Aybəniz Kosayeva iş yerində vəfat edib.

 

İnformator.az xəbər verir ki, həmin şəxs təhsil müəssisəsinin Fizika və Kimya kafedrasının laborantı Kosayeva Aybəniz Qadir qızıdır. Universitetin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev bildirib ki, A.Kosayeva bu gün səhər saatlarında işə gəlib və qəfil halı pisləşib.

 

Onun sözlərinə görə, universitetin tibbi xidmətinin və çağırılan təcili tibbi yardım həkimlərinin səylərinə baxmayaraq, Aybəniz xanımın həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, A.Kosayeva 19 sentyabr 1951-ci ildə Qazax şəhərində dünyaya gəlib. O, 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub və 1974-cü ildə Qeyri üzvi maddələrin və kimyəvi gübrələrin texnologiyası ixtisasını bitirib.

 

Allah rəhmət eləsin!