Yoluxucu cinsi xəstəliklərlə bağlı TƏHLÜKƏLİ STATİSTİKA

Bölmə: Araşdırma › ,
Tarix: 17:17 06.06.2023

İngiltərənin Sağlamlıq Təhlükəsizliyi Agentliyi bu gün 2022-ci il üçün yoluxucu cinsi xəstəliklərin statistikasını dərc edərək, bu xəstəliklərdə əvvəlki illə müqayisədə əhəmiyyətli artım olduğunu açıqlayıb.
 
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, agentlik bu gün dərc etdiyi hesabatında, süzənək xəstəliyinin 2022-ci ildə 50% artdığına diqqət çəkib və bunun qeydlərin başladığı 1918-ci ildən bəri ən yüksək diaqnoz olduğunu vurğulayıb.
 
Hesabatda həmçinin qeyd olunub ki, 2022-ci ildə 8692 nəfərdə sifilis diaqnozu qoyulub ki, bu da İkinci Dünya Müharibəsindən bəri ən yüksək diaqnozdur.
 
"2022-ci ildə süzənək diaqnozlarının sayı qeydiyyat başlanandan bəri bildirilən ən yüksək illik rəqəmdir, sifilis diaqnozlarının sayı isə 1948-ci ildən bəri bildirilən ən yüksək illik rəqəmdir", - deyə hesabatda deyilir.
 
Hesabatda gonoreyanın hər yaşda olan insanlarda artdığı, lakin ən çox artımın 15-24 yaş arası gənclərdə olduğu vurğulanıb. Cinsi yolla keçən digər xəstəlik olan xlamidiya isə əvvəlki illə müqayisədə 24,3% artıb.