"4 4"də növbəti cekpot sahibini tapdı: Qalibə yarım milyon manatliq mükafat təqdim olundu

Tarix: 15:15 13.07.2023
Ölkənin yeganə qanuni lotereya təşkilatçısı “Azərlotereya”da yarım milyon manatlıq cekpotu qazanan şəxsin kimliyi bəlli olub.
43 yaşlı Sakin Hüseynov ustadır. Ara-sıra lotereyada bəxtini yoxlayan Sakin bəyə qonaq getdiyi Saatlıda şans üzünə gülüb. “4 4” lotereyasında 530 359 manatlıq cekpotun sahibi olub. O, cekpotu əldə etmək üçün “Azərlotereya”nın uduşlu biletlərin qəbul edildiyi “Bakı KOB Evi”nə yollanıb. Daha sonra cekpot sahibi “Azərlotereya”nın baş ofisinə gələrək İdarə Heyətinin sədri Osman Karakuşla görüşüb.
Şanslı qalib qazandığı pulla övladının arzusunu reallaşdıra biləcəyi üçün çox sevinclidir. Qalib Sakin Hüseynov: Oğlum velosiped istəyirdi, inşallah onu alacam. Onun sevinci daha çox idi. Almaq istəyirdim, ala bilmirdim. İndi alacam. Özümə ev, maşın alacam”.
Yarım milyonluq uğurlu bilet Saatlıda yerləşən “Misli” məntəqəsindən alınıb. Qeyd edək ki, təxminən 4 ay öncə 913 072 manatlıq tarixi cekpot da “4 4” tirajlı lotereyasında qazanılıb. Növbəti cekpot məbləği isə 250 min manatdır.