"Dünyanın işgüzar qadınları" kitabına salınan Nailə Bağırova
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202307/3818977_.jpeg)
Tarix: 11:03 21.07.2023
"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 21 iyulda dünyasını dəyişən Azərbaycan iqtisadçısı və dövlət xadimi, Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti olmuş Nailə Bağırova haqqındadır. Bu barədə İnformator.az saytının əməkdaşı Məryəm Məmmədova araşdırma aparıb.
Şərəf ordeni ilə təltif olunmuş və adı İngiltərədə çıxan "Dünyanın işgüzar qadınları" kitabına salınmış Nailə Bağırova 20 iyun 1939-cu ildə Bakı şəhərində doğulub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirən xanım əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan SSR Maliyyə Nazirliyində katibəlikdən başlayıb.
1961–1983-cü illərdə burada baş inspektor, sənayenin maliyyələşdirilməsi idarəsində baş iqtisadçı, idarə rəisinin müavini, idarə rəisi, 1983–1984 illərdə Azərbaycan SSR maliyyə nazirinin müavini vəzifələrində və sonralar başqa vəzifələrdə də çalışıb.
Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri, Azərbaycan SSR maliyyə nazirinin müavini olmuş Azərbaycan SSR əməkdar iqtisadçısı 2016-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə “3-cü dərəcəli Vətənə Xidmət” ordeni ilə təltif olunub.
Xüsusi Dövlət Mühafizə Xidmətində uzunmüddətli səmərəli fəaliyyət göstərmiş sabiq dövlət qulluqçusu 21 iyul 2020-ci ildə dünyasını dəyişib.
RUHU ŞAD OLSUN!
Məryəm Məmmədova