Xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edirdi

Bölmə: Mədəniyyət › ,
Tarix: 15:43 24.07.2023

"Əlamətdar günlər" rubrikasında bugünün digər mövzusu 2 il öncə bugün - 24 iyulda dünyasını dəyişən Azərbaycan estrada müğənnisi, xalq artisti Səməd Səmədov haqqındadır. Bu barədə İnformator.az saytının əməkdaşı Məryəm Məmmədova araşdırma aparıb.

 

1946-cı il sentyabrın 17-də Aşqabadda doğulan Xalq artisti Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olur. 1988-ci ildən Səməd Səmədov toylarda çıxış edən müğənniyə əsas popularlıq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib.


2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə, Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazanıb. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib. Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısı olan Səməd Səmədov ötən onilliyin ən yaxşı toy müğənnisi olub. "Qızlar", "Bu dünyanın üzünə bax", "Bakılı balasıyam", "Sensiz qalan dünya", "Sevgimiz", "Taleyimə qurban olum", "Yenə görüşərik" kimi məşhur mahnıların sahibi 12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.


Xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edən Səməd Səmədov sepsis və septik şok diaqnozu səbəbindən 24 iyul 2021-ci ildə 74 yaşında vəfat edib.

 

RUHU ŞAD OLSUN!


Məryəm Məmmədova