Balerinalar üçün 50 kq -dan artıq çəki problemlər yarada bilər
Bölmə: Mədəniyyət › ,Tarix: 16:08 24.07.2023
Balet kökləri çox qədimə dayanan səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Bu janrın kökləri çox qədimdir. Elə bu səbəbdən baletin sirləri də çoxdur.
İnformator.az balerina Cəmilə Kərimova ilə müsahibəni təqdim edir.
Baletə neçə yaşdan başlamaq məsləhətdir?
Əlbəttə, baletə uşaqlıqdan başlamaq lazımdır. 10 yaşdan gec olmaz. Çünki artıq 10 yaşdan insanın bədəni formalaşmağa başlayır. İnsan bütün fiziki məşqlərə hazır olmalıdır. Çünki balet, ümumiyyətlə, hər baxımdan -fiziki və emosional cəhətdən çətin sənətdir.
Baletə başlamaq üçün hansı qabiliyyətlərə malik olmaq lazımdır?
Baletə başlamaq üçün insanda mütləq musiqi duyumu, xarici görünüş lazımdır. Fiziki baxımdan isə güclü və sağlam olmalıdır.
Ümumiyyətlə, bu sahənin xüsusi tələbləri var mı? Varsa nələrdir?
Balet sənəti musiqi ilə çox bağlıdır. Bütün tamaşalar musiqi ile gedir ve əlbəttə ki, hər artist mütləq musiqini öz hərəkətləri ilə göstərməlidir. Bu səhnə sənətidir ve biz səhnəyə çıxırıqsa mütləq gözəl görünməliyik. Bu tamaşaçılar üçün çox vacibdir. Çünki balet estetik sənətdir.
Professional balerin olmağın yolları nələrdir?
Professional balerin olmaq üçün mütləq məktəbini oxumalıyıq. Bakı Xareoqrafiya Akademiyasında 10 yaşdan, hətta daha tez başlamaq olar. Əlbəttə, hansısa kurslar var, ancaq Balet Artisti diplomu almaq üçün orda oxumaq lazımdır. Teatra ancaq bu diplomla daxil olmaq mümkündür.
Sizcə, balet sənətinin Azərbaycandakı vəziyyəti nə yerdədir?
Azərbaycanda da dərinliklərə qədər öyrədirlər. Bunu tək mən yox, xaricdən gələn müəllimlər, tamaşalarda oynayan qonaqlar, xareoqraflar - hər biri qeyd edir ki, bizdə məktəb yüksək dərəcədədir.
Tamaşaçıların münasibəti və marağı necədir?
Bizim hərəkətlərimizi tamaşaçılar başa düşə bilirlər. Onlar tamaşaya gələndə məzmunu yaxşı bilirlər və yaxşı başa düşürlər ki, kim hansı obrazı yaradır, kim hansı roldadır.
Bu janrın incəlikləri nələrdir?
Elə detallar və nüanslar var ki, tamaşaçılar üçün bəlkə birinci dəfədən aydın deyil. Axı, biz səhnədə danışmırıq. Biz öz hisslərimizi, düşüncələrimizi, obrazımızı ancaq hərəkətlərlə, jestlərlə ifadə edə bilərik. Bu jestləri biz məktəbdə öyrənirik ve artıq teatra gələndə cümlələri necə ifa edəcəyimizi bilirik.
Baletdə balerinanın çəkisi ne dərəcədə rol oynayır?
50 kq-dan çox olmaq həm sənin özün üçün, həm tərəfdaşların üçün çətin olur. Çünki baletdə çox çətin hərəkətlər var və onları yaxşı ifa etmək üçün sən həmişə formada qalmalısan. Artıq çəki buna bir problem ola bilər.
Bu sahənin fərqli tərəfləri nədir?
Çox maraqlıdır.Hər məşqdə ayrı-ayrı obrazı yaradırıq.Hətta elə obrazlar var ki, hamı ele fikirləşir ki sene yaraşmır.Amma sən çalışırsan bu obrazını səhnədə çox yüksək dərəcədə göstərsən.
Artıq mən 10 ildən çoxdur ki, bu teatrın artistiyəm, solistiyəm və mən çox xoşbəxtəm ki, bu sənətdəyəm.
Nigar Əliyeva