"Hədəf KIZILELMA” sənədli filminin ilk hissəsi bu gün tamaşaçılara təqdim olunacaq
Bölmə: Mədəniyyət › ,Tarix: 20:25 24.07.2023
Vətən müharibəsinin önəmli simvollarından "Bayraktar TB2"-nin qurucusu olan "Baykar" şirkətinin təqdimatında "Hədəf Kızılelma" sənədli filminin ikinci hissəsi bu gün axşam saat 23:20-də ARB24-ün ekranlarında yayımlanacaq.
Bu barədə "İnformator"a ARB 24-dən məlumat verilib. Bildirilib ki, film Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA-nın inkişaf hekayəsi və Baykarın 20 ilə yaxın yüksək texnologiyalı milli və orijinal pilotsuz uçuş aparatı inkişaf etdirmə yolundan bəhs edir.
Altuğ Gültan və Burak Aksoyun rejissorluq etdiyi sənədli film üçün çəkilişlər aylardır İstanbulda Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində və Bayraktarın çəkildiyi Tekirdağın Çorlu rayonunda yerləşən AKINCI Uçuş Tədris və Test Mərkəzində aparılıb.
Qeyd edək ki, 2022-ci ilin fevralında başlayan sənədli film təxminən 9 aya tamamlanıb.