"Xalqın hikməti, elin sənəti" sərgisində unudulmuş sənət nümunələri

Bölmə: Mədəniyyət › ,
Tarix: 15:41 27.07.2023

Sərdarlar ailəsi unudulmuş tətbiqi sənət nümunələrinin yenidən günümüzə fərqli məzmun və formatda qayıdışına töhfə verirlər. Onlar əsərlərində xüsusi ilə Qərbi Azərbaycana məxsusu mədəni irsin təbliğinə geniş yer ayırıblar. Ailənin üç üzvü, Lalə, Toğrul və İsgəndər Sərdarlıların əl əməyi ilə ərsəyə gətirdikləri incə zövqlə işlənmiş sandıqlar, mücrülər eləcə də müxtəlif zərgərlik məmulatları sərgiyə gələnlərin marağına səbəb olub.

 

Sərdarlılar ailəsinin xanım üzvü Lalə Sərdarlı qardaşları ilə birlikdə artıq 10 ildir ki, milli koloriti və orijinallığı ilə göz oxşayan əl işləri hazırlayırlar. Lalə Sərdarlı deyir ki, işlərinin içərisində Azərbaycan təbiətini və milli mənəvi dəyərlərini nümayiş etdirən əsərlər çoxluq təşkil edir. Onların əsas məqsədi qədim sənət nümunələrinin yaşadılamsı və gələcək nəsilə ötürülməsidir.


Milli İncəsənət Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Xalqın hikməti, elin sənəti” adlı sərgidə nümayiş etdirilən əl işləri ilə yanaşı ekspozisiyada Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından zəngin ornamentli xovlu və xovsuz xalçalar, nəfis bədii tikmələr gələnlərin marağına səbəb olub.

Qasım