Kiril əlifbalı heykəllər - Çıxış yolu nədir?
Bölmə: Mədəniyyət › ,Tarix: 19:59 02.08.2023
Bakı modern olmaqla yanaşı həm də qədimiliyi özündə yaşadan şəhərlərdəndir. Burada yeni tikililərlə bərabər tarixi özündə əks etdirən abidələrdə qorunub saxlanılır. Bunlardan biri də heykəllərdir. Ötən əsrin iyirminci illərindən başlayaraq bu ənənə formalşamağa başlayıb. Hazırda paytaxt ərazisində Azərbaycan tarixində iz qoymuş şəxslərin heykəlləri ucalır. Bunların əkəsriyyəti 20-ci əsrdə hazırlanıb. Elə buna görədir ki, o dövrdə qoyulan abidələrin üzəri kiril əlifbası ilə yazılıb.
Ölkəmiz müstəqillik qazandıqdan sonra isə Latın qrafkalı Azərbaycan əlifbasına keçildi. Hazırda gənclərin böyük hisəssi bu əlifaba ilə yazıb, oxuyur. Buna baxmayaraq əksər tarixi şəxsiyyətlərin heykəlləri hələ də kiril əlifbası ilə təqdim edilir. Nəsimi adına Dilçilik İnstitutunun icraçı direktoru Baba Məhərrəmli hesab edir ki, ölkə ərazisində yer alan memarlıq abidələrinin hamısının üzəri Latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmalıdır. Belə olduqda gənc nəsil həmin heykəl haqda daha asan məlumat əldə etmiş olar.
Memar Elçin Əliyev deyir ki, hər bir heykəl öz dövrünün fotosudur.: “Biz ona baxaraq tarixi dövrləri xatırlayırıq. Buna görə də onlara toxunmaq olmaz. Çünki hər memarlıq abidəsi xalqın tarixidir. Onu qorumaq və yerli vətəndaşlarla yanaşı xarici qonaqlara təbliğ etmək, tanıtmaq lazımdır”. Memar çıxış yolunu abidələrin yanında Azərbaycan dili ilə bərabər xarici dillərdə məlumat lövhələrinin yerləşdirilməsində görür.
Tarix kitablarda və abidələrin üzərində qalsın deyə yazılmayıb. Onu gənc nəsilə ötürmək lazımdır ki, onlar heç vaxt əsl köklərindən uzaq düşməsinlər. Hər bir vətəndaş dövlətin və cəmiyyətin inkişafında əziyyəti olan şəxsləri tanımalı və yaşatmalıdır. Bunun üçün isə elə örnək olaraq heykəlləri götürmək olar.
Qasım