Dollar güclənir, xaricdə otellərin qiyməti düşür

Bölmə: Araşdırma › ,
Tarix: 13:11 04.03.2015

“Amerikalılar üçün xaricə səyahət etməyin əsl vaxtıdır. Amerika iqtisadiyyatı güclənir, dollar dünya valyutalarına baxanda daha çox alıcılıq gücünə malikdir, okeanın o tayında otel qiymətləri düşüb”, - “Washington Post” qəzetində Darla Cameron və Dan Keating belə yazır.

Səyahət bələdçisi (TripAdvisor) 2015-ci il üçün otel qiymətlərini yayıb və okeanın o tayında ortalama 7 faiz düşüş göstərir. Avropada isə azalma 9 faizdir. Fransada oteldə gecələmə 13, Almaniyada 11, İspaniya və İtaliyada 8 faizdən çox azalıb. İsveç və Norveçdə də qiymətlərin uyğun olaraq 19 və 17 faiz düşdüyü bildirilir.

Bu cədvəldə isə otel qiymətlərinin ən çox düşdüyü 10 ölkənin siyahısı verilir: Ölkənin adı, oteldə bir gecənin qiyməti və ötən illə müqayisədə azalma:

1. Rusiya, $80 -45 faiz

2. Ukrayna, $71 -38 faiz

3. İsveç, $151 -19 faiz

4. Norveç, $173 -17 faiz

5. Polşa, $67 -15 faiz

6. Rumıniya, $65 -16 faiz

7. Bolqarıstan, $64 -14 faiz

8. Fransa, $109 -13 faiz

9. Mərakeş, $106 -12 faiz

10. Uruqvay, $131 -12 faiz

Yazıda təkcə otellərin deyil, bütün qiymətlərin düşdüyü qeyd olunur. Dolların alıcılıq qabiliyyəti avro işlətməyən ölkələrdə də güclənib.

 Azadlıq.org