“BARBİE” SOSİAL MEDİADA PARTLAYIŞ YARATDI
Bölmə: Mədəniyyət › ,Tarix: 21:36 10.08.2023
Bütün dünyanı fəth edən, baxdığımız hər yerdə reklamları yer alan, dünyanın nəhəng markaları ilə əməkdaşlıq edən "Barbie" filmi hələ premyerası baş tutmamış qəhrəmanlarının posterləri ilə sosial mediada partlayış yaratdı. Təkcə "Google" axtariş vasitəsində "Barbie" yazdığınız zaman ekran çəhrayı rəngə bürünür və Barbie-nin dünyasına daxil olmuş olursunuz... Əlbəttə ki, bu yalnız bir nümunədir. "Barbie" filmi 100-dən çox marka ilə əməkdaşlıq edir. rəsmi əməkdaşlığı olmayan brendlər isə məhsullarında "Barbie"dən istifadə edirlər. Vəziyyət o yerə çatıb ki, hətta tabutlar belə çəhrayı rəngə bürünüb. Belə ki, Meksika və El Salvadorda Barbie tabutları dəbə çıxıb. Vəziyyət o həddədir ki, tabut sifarişlərində növbələr yaranıb. Bütün bu səs küy filmin bir reklam layihəsi olması barədə firkirlərə səbəb olub. Marketoloq Moşey İsasianın sözlərinə görə, onların burada etdikləri Barbie-ni sadəcə nostalji, oyuncaqlar haqqında deyil, həqiqətən hiss edə biləcəyiniz, toxuna biləcəyiniz və hiss edə biləcəyiniz bir kainata çevirməyə çalışmaqdır. “Bu, açıq-aydın, qadınlara yönəlmiş bir filmdir, lakin kişilərin, uşaqların, yaşlıların ondan ala biləcəyi nəsə var. Onların marketinq strategiyası Barbinin dünyasını yansıtmaq idi. Buna görə çox yaxşı iş gördülər. Yaşlı nəsillərə, gənc nəsillərə satışda çox yaxşı işlər gördülər. Barbinin üstünlüyü ondan ibarətdir ki, o, uzun müddət fəaliyyət göstərən bir markadır”.
Şübhəsiz adı çəkilən ekran işi haqqında çox danışılmasının arxasında güclü PR strategiyası dayansa da, bunun da öz sualtı daşları var. Yəni siyasi motivləri. "Barbie" filminin hələ premyerası baş tutmazdan bir neçə gün öncə Çin və Vyetnam arasında ənənvi gərginlik yaşandı. Səbəb də Vyetnamın ekran işində Cənubi Çin dənizinin xəritədə Çin ərazisi kimi göstərilməsinə qəzəblənməsi idi. Nəticədə film Vyetnamda qadağan edildi. Məsələnin başqa tərəfi filmdəki femnizm mesajlarıdır. Barbie ənənəvi oyuncaq tabusundan çıxıb qadına çevrilir. Beləliklə, filmdə Barbie çəhrayı dünyası ilə heç də feminist deyil, dünyadakı reallığı - selülitləri və kişi hegemonluğu ilə qəbul edir. Hətta sujet xəttinin sonunda Barbie hamilə olur.
"Oppenheimer"-ə gəlincə, Memento, Insomnia, Inception, Interstellar, Dark Night Trilogy və daha bir çox filmlərin rejissoru olan Kristofer Nolanın “atom bombasının atası” kimi tanınan amerikalı nüvə fiziki Robert Oppenhaymer haqqında filmin premyerası Barbie ilə eyni gündə baş tutdu. Hazırda izlənmə rekordlarına görə film bazarında barbie ilə rəqabət aparan "Oppenheimer" filminin lenti 272 kiloqram, uzunluğu isə 17 kilometrdir. Buna görə də film yükək ölçülü film nümayişi sistemi olan İMEX-də izlənilir. Belə kinoteatrlar isə dünyada sadəcə bir neçə ölkədə mövcud olduğundan Oppenhaymer-i izləmək üçün həmin dövlətlərə səfərlərdə anşlaq yaşanır. Köməkçi aktyorları belə Oskar mükafatçıları olan "Oppenheimer" ekran işi kimi doğurdandamı bu qədər şöhrətə layiqdir?
"Barbie" kimi "Oppenheimer"in də cəmiyyətə öz siyasi mesajı var. Ekran işi Şimali Koreyanın raket sınaqları, İranın nüvə silahı əldə etmək səyləri və Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsində nüvə silahından istifadə oluna biləcəyinə dair eyhamlarının narahatlıq doğurduğu bir vaxtda izləyicilərin qarşısına çıxıb. Xatırlatmaqda fayda var ki, məhz Xiroşima və Naqazakiyə atom bombalarının atılmasından sonra II Dünya müharibəsi başa çatdı. Bu akt o dövrdə sadəcə SSSR yə bir güc nümayişi idi. Qərb 80 ildən sonra film vasitəsilə bu dəfə Iosif Stalinə yox, vladimir putinə mesajını ötürür. Digər məqam peşmanlıqdır. Robert Oppenheimerin atom bombası kəşfindən sonra bu nüvə silahı hələ də təkmilləşdirilməyib. Filmdə hər nə qədər cəmiyyətin bombanı kimi kəşf etdiyini deyil, kimin atdığını qınayacağı mesajı verilsə də fizikin həzn peşmanlığı diqqətlərdən yayınmır. Rejissor Kristofer Nolan bu yaxınlarda keçirilən paneldə məhz bu məsələni qaldırıb və atom bombası ilə süni intellekt arasında sıx əlaqə qurub. Nolan alimlərin bəşəriyyətin rifahı üçün məsuliyyət daşımalı olduğunu vurğulayıb. Gələcəkdə süni intellektin nüvə silahlarından da təhlükəli olduğunu düşünən Nolan, "Gözlənilməz nəticələr qarşısında yeni texnologiyaları inkişaf etdirən elm adamlarının məsuliyyəti nə olmalıdır?" sualına cavab tapmalı olunduğunu vurğulayıb.
Yeri gəlmişkən, haqqında danışdığımız iki filmin yaratdığı anşlaq bəzi problemlər doğurub. Belə ki, Böyük Britaniyada Sağlamlıq Təhlükəsizliyi Agentliyi Covid-19-un yeni variantı kimi “EG.5.1”in ortaya çıxdığını elan edib. Omicron variantına bənzəyən "EG.5.1"-in yaranmasına səbəb isə kütlənin “Barbie” və “Oppenheimer” filmlərinə baxmaq üçün kinoteatrlara axışması göstərilib.
BƏNÖVŞƏ