"Bir çoxları ustalıqdan uzaqdır" Vüsalə Ağarazıyeva

Bölmə: Mədəniyyət › ,
Tarix: 16:53 21.08.2023

Rəssamlıq təsviri incəsənətin ən qədim növlərindən biri olub. Bizi əhatə edən ətraf aləmin gözəlliyi şairi, yazıçını, bəstəkarı və rəssamı yaratmağa ruhlandırır.

 

Ətrafda baş verən hadisələri və varlıqları təsvir etmək üçün yaxşı müşahidəçi olmaq lazımdır. İnformator.az-ın növbəti müsahibi Rəssam Vüsalə Ağarazıyevadır. Müsahib Azərbaycanda rəssamlıq sahəsində çatışmazlıqlardan danışıb.

 

Azərbaycanda rəssamlıq sahəsində əsas çatışmazlıqlar nələrdir? İlk olaraq, rəssam Vüsalə Ağarazıyeva vurğulayıb ki, bu sahədə təhsilin konservativ olaraq qalması bəzən gələcək rəssamların çərçivə içindən çətinliklə çıxmasına səbəb olur: "Rəssamlıq sahəsinə qatılanlar hazırda çoxdur. Bu, əlbəttə ki, yaxşı haldır, amma bir çoxları ustalıqdan uzaqdır. Müasir incəsənət əsl incəsənət olmalıdır. Rəssamın fikrincə, ustalıq, yəni bilik daxildən gələn istedad və xüsusi hissiyyatın birləşməsidir. Bu sahədə kuratorluq və art menecment istiqamətində boşluq var. Digər çatızmazlıq xaricə çıxışın zəif şəkildə həyata keçirilməsidir və bu, rəssamların tanıtım imkanlarını məhdudlaşdır".

 

Sayad Qoşnalıyeva