DUBLYAJIN PROBLEMLƏRİ

Bölmə: Mədəniyyət › ,
Tarix: 00:05 25.08.2023

  Onların üzünü görməsək də, fərqli obrazların simasında səslərini eşidirik. Dublyaj aktyoru Natavan Qeybani artıq 23 ildir ki, mikrafon arxasına keçib, səsinin ona verdiyi imkanlardan yararlanaraq aktyorların hiss və həyəcanını tamaşaçılara çatdırmağa çalışır. İşinin vurğunu olan müsahibim deyir ki, uzun vaxtdır bu işlə məşğul olmasına baxmayaraq, səsini inkişaf etdirmək üçün müxtəlif məşqlər edir.

   Xanım Qeybani üçün dublyaj aktyorunun zəngin dünyagörüşü və mütaliəsinin olması vacibdir. Səsləndirmə zamanı problem yaradan hallardan biri də tərcümələrin zəif olmasıdır. Elə müsahibim də bu məqamdan şikayətlənir. Bildirir ki, mətnləri dilimizə çevirərkən yersiz və xarici sözlərdən istifadə onlara çətinlik yaradır.

   Natavan Qeybaninin sözlərinə görə, filmlərin dublyajında milli-mənəvi və mental dəyərlərə də diqqət edilir. Bəzi xarici kinolarda işlədilən söz və ifadələr ya işlədilmir, ya da əvəzləyicisinə üstünlük verilir. Əksər tamaşaçılar bu məqama tənqidi yanaşsalar da, peşəkarlar bunun labüd oldğunu bildirirlər.

   Kino şərhçisi Turanə Allahverdiyeva isə son dövrlərdə ölkəmizdə dublyaj sahəsində inkişaf hiss edildiyinə diqqət çəkir. “Amma bəzi problemlər hələ də var. Onların da həlli üçün proses gedir. Dublyajda ən əsas Azərbaycan dilinin yad təsirlərdən qorunmasına yönəldilib”.

   İzlədiyimiz filimlərin dünyagörüşünə və həyat tərzunə təsirini nəzərə alsaq, dublyaj sənətinin nə qədər məsuliyyətli olduğunu görmək olar.

QASIM