Anasını toxuduğu xalçalarda yaşadan sənətkar
Bölmə: Mədəniyyət › ,Tarix: 15:28 28.08.2023
"Mən həmişə anamın sənətini seçib, onu yaşatmağıma görə fəxr edirəm. Xalçalara baxanda elə hiss edirəm ki, anam bu gün yaşayır". Kəbirə Vəlibəyova 4 yaşındaykən ilmə atmağa başlayıb, çünki o xalçaçı ailəsində dünyaya gəlib.
Kəbirə xanım 1960-cı ildə Qubanın Ördüç kəndində anadan olub. "Anam Bədyəlcamal Həsənova 1961-ci ildən xalça ustası olub. Mənim uşaqlıqdan xalça sənətinə böyük həvəsim var idi. 4 yaşımdan ilmə atmağa başladım, anam, bacım məni xalça toxumağa qoymurdular, çünki mən çox kiçik idim. Ancaq işıqlar sönəndə, lampa işığı ilə xalçaya otururdum. 8 yaşımdan əsl xalçaçı oldum".
Kəbirə xanım 1979-cu ildə ailə qurduqdan sonra Qonaqkənd qumaş fabrikinə üzv olur, 1984-cü ildə Xaçmaza köçür, orada xalça fabrikində işə başlayır. 2017-ci ildə Xaçmazın Qaradağ-Buduq kəndində Azərxalça ASC-nin Xaçmaz filalının üzvüdür. 2018-ci ilin mayında prezdent mükafatına layiq görülüb. Həmin ilin avqustunda Şabrana göndərilib, 3 ay orada kurs keçdikdən sonra Şabranda Azərxalça ASC-nin Şabran filialı açılıb. Həmin gündən indiyə kimi Kəbirə xanım orada rəhbər işləyir. O bildirir ki, qızlarıma da bu sənəti öyrədir və onlarda da xalçaya qarşı böyük həvəs var.
ÇİNARƏ MURADOVA