TARİXDƏ BU GÜN – RÜBABƏSEVƏRLƏRİN GÜNÜ..

Bölmə: Mədəniyyət › ,
Tarix: 15:43 28.08.2023

   Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olub. Bir müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət edib. 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub.

   Rübabə xanım anasını itirdikdən sonra çox böyük bir kədər içinə düşür, depresiyaya qapılır. Bu səbəbdən də "qaraciyər serozu" xəstəliyi tapır. 28 avqust 1983-cü ildə bu xəstəlik səbəbilə vəfat edir. Rübabə xanım "Şərəf nişanı", "Azərbaycan SSRİ əməkdar artisti", "Azərbaycan SSRİ xalq artisti" mukafatlarına layiq görülüb. Fəaliyyəti illərində Azərbaycan musiqisinə böyük töhfələr verib.

   Musiqi sənətini dərindən sevən, Azərbaycan musiqi mədəniyyətinə dərindən bələd olan insanlar Rübabə xanımın mahnılarını dəfələrlə dinləyirlər, çünki o insanın səsi insanın ruhunu oxşayır. Rübabə xanımın xatirəsini yad edərək, onun böyük bir sənətkar olduğunu vurğulayan musiqişünaş Aybəniz Növrəsli deyir ki, Rübabə Muradovanın səsi insana fərqli hisslər yaşadır, azsaylı ifaçılar var ki, onların qeyri-adi səs tembri var. “Bu xanım da onlardan biridir. Onun əsərləri birəbir könülləri, zövqləri oxşayır. Onun mahnılarında muğam hissini duyuruq”.

   “Bu dövrdə də yetişir Rübabə Muradovalar, amma onlara dəstək lazımdır. Qeyri-profesional ifaçılar həddən artıq çoxdur, biz onların badına peşəkar, xüsusi istedada malik insanları yoxa çevirə bilmərik. Nə qədər müasir düşüncədən danışsaq belə, bizim müasir yetişən gənc nəsil keçmiş dövrdəki nümunələr əsasında (Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova və s.), onların yaratdıqları obrazlar, onların ifa etdikləri əsərlər əsasında öz ifalarını genişləndirirlər".

ÇİNARƏ MURADOVA