Röya Ayxanın üç günlük solo konserti yekunlaşıb

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:32 04.09.2023

Pop ulduz Bakı Konqres Mərkəzində baş tutan, “Biri var” adlı gecəni yenə də “14/41” albomuna daxil olan “Biri var” mahnısı ilə açıq elan edib. Konsertin açılışında növbəti bir yenilik olub. Belə ki, ilk mahnıda Röya Ayxanla birgə səhnəyə daxil olan səkkiz fitness modelə konsertin sonunda da yer verilib və onlar “Doldur ürəyimi” mahnısında da şou göstəriblər.

Həmçinin, Röya “Kuka” robotu ilə səhnəciklər göstərib, 22 mahnısını dinləyicilərinə təqdim edib.

Gecədə üç paltar dəyişən ifaçı makiyajını Elnur Həsənova, saçlarını Aygün Məmmədova həvalə edib.

Həmçinin, R. Ayxan “Səninəm” mahnısını zaldakı qonaqları ilə birgə lentə alıb, həmin anları xatirə üçün telefonuna çəkib.

Qısa fasilədə səhnəyə Nəsib Nur çıxıb, konserti ərsəyə gətirən təşkilatçılara, komandaya təşəkkürünü bildirib.

 


 

 

Bundan əlavə, sənətçinin konsertdə tərəf müqabilləri “Nero” rəqs qrupu, rəqqas İsmayıl Məmmədzadə, gimnast Elçin Məmmədov və model Əli Sərdar olub.

Musiqi rəhbəri Muxtar Abseynov, vokalistlər Boris Bayramov, Esmira Rzayeva, Leyla Sezerdir.

Konsertin baş prodüseri Kənan Bayramovdur.

Fotolar: Niko Abbasov