İÇƏRİŞƏHƏRİN MÖCÜZƏSİ

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:06 07.09.2023

    Bu möhtəşəm mənzərə müəllifin 25 ilini alsa da, o buna görə heç də heyifslənmir. Rəssam Mirteymur Məmmədov səbr və zəhmət tələb edən, qədim ənənələri özündə yaşadan bu sənətlə məşğul olmaqdan zövq aldığını deyir.

   Evdə son tamamlama işləri görən Mirteymur Məmmədov deyir ki, yaxın vaxtlarda şəxsi mülkü Ginnesin rekordlar kitabına daxil ediləcək. Onun əsas məqsədi Azərbaycan mədəniyyətini dünyaya çatdırmaqdır. Evi görmək üçün müxtəlif ölkələrdən gələn turistlər qarşılaşdıqları mənzərə qarşısında təccüblərini gizlədə bilmirlər.

   Muzeyi xatırladan bu evdə gildən hazırlanan müxtəlif insan, heyvan heykəllərinə və şəhər mənzərələrinə razst gəlmək olar. Böyük vaxt və diqqət tələb edən bu işi demək olar ki, Mirteymur Məmmədov əsas vərdişinə çevirib. Müsahibimiz həm də musiqi dinləməyi sevir. Ən çox caza qulaq asdığını deyir. Bu zövq onda gənclik illərindən formalaşıb.

   Mirteymur Məmmədovun arzusu bu qədim ənənələrə malik sənəti gələcək nəsillərə ötürmək və yaşatmaqdır. Bunun üçün o öyrənmək məqsədi ilə yanına gələnlərə böyük məmnuniyyətlə işin sirlərini aşılayır.

 

QASIM