Uzun ömür yaşamaq üçün nə etmək lazımdır?-Araşdırma

Bölmə: Araşdırma › ,
Tarix: 23:01 12.10.2023

İnsanların böyük əksəriyyətində qocalma tədricə fiziki və əqli qabiliyyətin azalması ilə assosiasiya olunur. Çox vaxt belə bir söz eşidirik: Tez ölüm, amma yaxşı yaşayım, uzun yaşayıb qocalığın əzab-əziyyətini görmək istəmirəm. Doğrudanmı qocalıq qaçılmaz şəkildə xəstəliklər və zəif orqanizmlə qaçılmaz şəkildə bağlıdırmı? Bir çoxları uzunömürlülüyü ancaq genetik faktorlarla izah edirlər. Amma gəlin belə danışaq, kimsə belə "yaxşı" genə malik deyilsə, məgər o 60-70 ildən artıq yaşa bilməz? Əslində isə insan ömürünün uzanmasına və sağlam yaşamasına təsir edən çox sayda faktorlar mövcuddur.

Stress və həyatı dərketmə

Tamamilə stresslə dolu həyatı təsəvvür edib. Eyni zamanda təsəvvür edin ki, bu stressi müxtəlif cür qəbul edən iki insan var: Onlardan biri həyati şəraiti pozitiv şəkildə qarışlayır, çətinliklərə baxmayaraq optimizmini qoruyub saxlayır. İkincisi isə istənilən xırda məsələyə görə əsəbiləşən və istənilən şeyə görə uzun-uzadı, ağır-ağır fikirləşən biri şəxsdir.

Sizcə, bu iki nəfərdən hansı daha çox yaşayar? Çoxsaylı tədqiqatlar sübut edib ki, ətrafda baş verən hadisələrə pozitiv şəkildə yanaşan, optimizm və nikbinliyi qoruyub saxlayan insanlar, pessimizmə meyilli olanlardan daha artıq ömür sürür.

İnsanın stressin öhdəsindən gəlməmə qabiliyyəti real şəkildə onu öldürə bilər. Buna görə də əgər gənc yaşında bu dünyanı tərk etmək niyyətində deyilsinizə, imkan daxilində stressin öhdəsindən gəlmək üçün daha effektli yollar tapmağa çalışmalısınız.

Stressin öhdəsindən gəlməyin ən yaxşı yolu Yoqa və meditasiya ilə məşğul olmaqdır. İlk növbədə həyatda baş verən çətinliklərə adi reaksiyanızı təhlil etməli və onların dəyişiklikləri haqda ciddi şəkildə düşünməlisiniz. Divanda əyləşib hansısa vəziyyətə görə təəssüflənmək və ya pis olaraq olan enerjinizi sərf etmək əvəzinə, enerjinizi tez bir şəkildə həmin problemin həlli yollarını tapmağa yönəltməlisiniz.

Yaxşı sosial dəstək

Uzunömürlülərin uzun ömür sürməsinin əsas amillərindən biri də yaxşı sosial dəstəkdir. Bir qayda olaraq, siz tənha olmamalısınız. Hər zaman ətrafınızda ailə və dostlarınızın olması çox yaxşı olar. Belə ətraf mühit uzunömrülülərin əqli və fiziki formalarını daha yaxşı qoruyub saxlamasına yardım edir.

Sağlam qidalanma

Ömrün uzunluğu sizin orqanizminizə nə qəbul etmənizdən çox şey asılıdır. Bunun üçün aşağıdakılara riayət etməniz sizə faydalı ola bilər:

Mümkün qədər təzə meyvə-tərəvəz yeyin

Mümkün qədər hazır yeməklərdən uzaq durun

Qızardılmış yeməklərdən qaçın

Yaşıl çay için, o, antioksidant xüsusiyyətlərə malikdir

Omeqa 3 yağ turşuları ilə zəngin olan məhsullar yeyin. Buraya ilk növbədə yağlı bağlıq və dəniz məhsulları aid edilir. Omeqa 3 yağ turşusu ürək xəstəliklərinin yaranma riskini azaldır. Bundan başqa, omeqa 3 yağ turşusu qanın tormblaşmasını azaldır ki, bu da infarkt və insult təhlükəsinin azalmasına səbəb olur.

Qida rasionunuza sarımsaq, zəncəfil kimi məhsulları daxil edin.

Aktivliyinizi itirməyin

Uzunömürlülərin böyük əksəriyyəti aktiv həyat tərzi sürürlər. Onlar adətən gəzintiyə çıxır, ən azı 30 dəqiqə piyada gəzir, pilləkənlərlə piyada qalxır və s bu kimi fəaliyyətlə məşğul olurlar. Bu cür məşqlər əzələləri atrofiyadan (qida pozğunluğu, orqan və ya toxumaların əhəmiyyətli dərəcədə

kiçilməsi və funksiyasını itirməsi) qoruyur.

Bir daha təkrar qeyd edək ki, gün ərzində təkcə 30 dəqiqə gəzinti, qaçış və ya tennis oynamaq və ya sadəcə idmanla məşğul olmaq ürək xəstəliklərinə tutulma təhlükəsini əhəmiyyətli şəkildə azaldır, bundan başqa artıq çəkidən azad olmağa da səbəb olur. Şüurlu fiziki yük insan gümrahlığı və tonusun yaxşılaşmasına yardım edir.

Beynizini çalışdırın

İnsan yaşa dolduqca hər şeyi daha da az etmək tendensiyası yaranır. Bu həm də öz beyninizdən istifadə etməyə də şamil edilir. Adətən yaşlı insanlar beynlərini az çalışdırır və tədricən bu da beyninin fəaliyyətinin pisləşməsinə gətirib çıxarır. Daha doğrusu, beyninin informasiya qəbul etmək qabiliyyəti azalır. Ona görə də beyninizin paslanmasına imkan verməyin, beyninizi çalışdırın.

Məsələn, tapmacalar tapmağa çalışın, krossvordlar həll edin, və ya nəsə yeni bir şey öyrənin.

Həyatda məqsədinizi tapın

Əgər bəlli bir yaş dövrünüzdə həyatınızda heç bir məqsədiniz yoxdursa, mütləq həyatınıza rəng qatın. Fərqi yoxdur bu nədir, əsas odur ki, bu sizə yaşamağa ilham versin.

100 yaşa kimi gülümsəyin

Bir çox tədqiqatlarda insanın ömrünün uzunluğuna yardım edən amillərdən biri də gülüş olduğu sübut olunub. Yumor stressdən qurtulmağın ən yaxşı vasitəsidir. Sizə və ətrafınızdakıların belə yumor hissinə malik olmağınız çox yaxşı bir haldır. Ürəkdən gülmək qan dövranın yaxşılaşdırır və ürək döyüntüsünü artırır.

Diş həkiminizi unutmayın

Həkimləri sevməsəniz də arada bir onların həyatınıza daxil olmasına icazə verməlisiniz. Alimlər ağız boşluğu və ürək-qan damar xəstəlikləri arasında əlaqə olmasını sübut ediblər. Iltihablaşmış damaqlardan ayrılan maddələr qana daxil olur və damarların kirəcləşməsinə gözəl töhvə vermiş olurlar. Ona görə də dişlərinizi mütəmadi olaraq təmizləyin və diş həkiminizi aradabir unutmayın.

Siqaretə yox deyin

Siqaretin orqanimzə necə təhlükəli və zərərli olduğunu yaxşı bilirsiniz. Əgər planlarınızda sağlam və uzun ömür yaşamaq varsa, siqareti ümumiyyətlə ağlınızdan belə keçirməməlisiniz.

Evdə heyvan saxlayın

Ev heyvanları insanların həqiqətən yorğunluqlarını çıxarmağa yardım edir. Stressi azaldır, müsbət emosiyalar yaradır. Ev heyvanları, xüsusi ilə itlər sizin piyada ən yaxşı yol yolçunuz ola bilər. Qaçmaq nəinki sizə xoş təəssürat yaradacaq, həm də idman etməyinə kömək etmiş olacaq.

Mütəmadi olaraq sağlamlığınızı yoxlayın

Bir çox təhlükəli xəstəlikləri müalicə etmək asandır, əgər onları vaxtınd aşkar etmiş olsanız.

Uzun ömür yaşamaq təkcə yaxşı genə sahib olmaqdan asılı deyil, öz sağlamlığına diqqət ayrıan hər bir kəs buna nail ola bilər.

Odur ki, sağlam olun və uzunömürlülərdən olun.

Milli.Az