SOYUQ, YAĞIŞLI HAVALARDA İNSANLAR NİYƏ YORĞUN, KƏDƏRLİ HİSS EDİRLƏR?

Bölmə: Araşdırma › ,
Tarix: 19:47 16.10.2023

Soyuq, yağışlı, payız və qış aylarında insanların bəzisi kədərli, yorğun hiss edirlər. Doğrudan, bunun hava ilə əlaqəsi varmı?

 

Psixoloq Aytən Ələkbərova bunun hava ilə deyil, insanın özü ilə əlaqəsi olduğunu vurğulayır. "Bunu hər insana aid etmək olmaz, burada insan temperamenti əsas rol oynayır. Bu bir növ insanın alt şüuru ilə də bağlıdır, çünki bu hava insana kədərləndirici bir xatırlatma verə bilər. İnsan tipinə uyğun olaraq bunları nəzərə alsaq, meloxonik tipli insanlar bu havalarda hər şeyə küskün yanaşıb, günahkarlıq duyğusuna düşürlər, bir növ havanı günahkar çıxarırlar, əslində, bunun hava ilə heç bir əlaqəsi yoxdur. İnsanın tipləri onları idarə etməyə başlayır deyə onlar küskün olmağa başlayırlar".

 

ÇİNARƏ MURADOVA