Hər gün gəzməyin faydaları

Bölmə: Araşdırma › ,
Tarix: 22:56 24.10.2023

Hər gün nizamlı gəzməyin ürək sağlamlığından tutmuş çəki nəzarətinə qədər bir çox faydası var. Bu sadə və təsirli məşqin ən mühüm faydası qocalmanı gecikdirməsi və ömrü uzatmasıdır.

 

 

Ömrünüzü uzadar. Hər gün nizamlı gəzməklə ömrünüzü uzatmaq və qocalmanı gecikdirmək, bunu "vərdiş" halına salmaqla mümkündür. Araşdırmalar sübut edib ki, həftədə təqribən 20-25 kilometr piyada gəzən insanlar yeriməyənlərə nisbətən daha uzun yaşayırlar.

 

 

Ürəyinizi və ağciyərlərinizi qoruyur. Qısa və sürətli gəzintilər ürək və ağciyər sağlamlığınızı qorumağın ən yaxşı yoludur. Hər gün 20-25 dəqiqə gəzməyi unutmayın.

 

 

Stressinizi azaldır. Gəzinti də stresdən azad olmaq üçün mükəmməldir. Gəzərkən qan təzyiqiniz tənzimlənir, xoşbəxtlik hormonu olan endorfin ifraz olunur və özünüzü rahat hiss edirsiniz.

 

 

Çəki nəzarətində təsirlidir. Daimi və ritmik gəzinti arıqlamağa və çəkiyə nəzarət etməyə kömək edir. Hər gün 20 dəqiqə gəzməklə artıq piyləri yandırmaq və ildə 7 kilo arıqlamaq mümkündür. Amma təbii ki, bu müddət ərzində nə yediyinizə diqqət etməli, kalorilərinizə nəzarət etməlisiniz. Bir paket jele lobya əritmək üçün futbol meydançası qədər gəzməli olduğunuzu unutmayın və əlinizi konfet qabına soxmazdan əvvəl iki dəfə düşünün.

 

 

Gəzdiyiniz yol vacibdir. Gəzərkən bədən duruşunuza diqqət etməlisiniz. Geriyə və ya irəliyə əyilmədən dik gəzməlisiniz; Bu, bədəninizin hər bir hissəsinin gəzintidə bərabər şəkildə iştirakını təmin edir. Qollar da vacibdir, çünki yeriyərkən gücünüzü artırmaq və ayaq hərəkətlərinizi tarazlaşdırmaq qolların işidir. Qollarınızı yelləmək də 5-10 kalori yandırmağınıza kömək edir. Qan axınının nizamlı olması üçün əlləriniz yumruğa sıxılmamalıdır. Ayaqları və qolları diaqonal olaraq aydın bucaq altında yelləmək sağlam bir gəzinti üçün mütləqdir.

 

ÇİNARƏ MURADOVA