2023-cü ildə bu ölkə təbii fəlakətlərin sayına görə - REKORD QIRDI
Bölmə: Araşdırma › ,Tarix: 20:15 27.10.2023
2023-cü ildə bir çox ölkə zəlzələ, quraqlıq, tufan və digər təbii fəlakətlərdən əziyyət çəkib.
İnformator.az xarici mediaya istinadla bildirir ki, bu baxımdan ən çox rekord isə Amerika Birləşmiş Ştatlarına məxsusdur. Doqquz ay ərzində ABŞ-da 23 təbii fəlakət qeydə alınıb.
Bu barədə Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) rəsmi bəyanatında deyilir.
Bildirilir ki, indiyədək təbii fəlakətlər ABŞ-a on milyardlarla dollar ziyan vurub. Lakin ilin sonuna hələ dörd ay qaldığını nəzərə alsaq, fəlakətlərin sayının artacağı da şübhəsizdir. Yeri gəlmişkən, ölkədə təbii fəlakətlər üzrə əvvəlki rekord 2020-ci ildə qeydə alınıb.
Mütəxəssislər qeyd ediblər ki, bu il ABŞ-ı bürümüş fəlakətlər siyahısına Havay adalarındakı yanğınlar, Kaliforniyada daşqınlar, Floridadakı İdalia qasırğası və digərləri daxildir.
Ümumilikdə 253 nəfər təbii fəlakətlərin qurbanı olub və dəyən ziyan 57,6 milyard dollar təşkil edib. Qərb Sahilində tüğyan edən Hillari fırtınası, eləcə də Cənub və Orta Qərbdəki quraqlıq bu ziyanın hesablanmasında nəzərə alınmayıb. Həmin fəlakətlərin itkiləri hələ də hesablanır.
Həcər Əmiraslanlı