Məktəb çantası seçərkən nəyə diqqət etməli?

Bölmə: Araşdırma › ,
Tarix: 20:36 27.10.2023

Övladınız üçün ən rahat çantanı necə seçərsiniz?

 

1. Çiyni əzməmək üçün yumşaq və geniş asqısı olan kürək çantası seçin. Nazik asqısı olan çantalar belə ağırlıq salıb, ağrıya səbəb olur.

 

2. İki asqısı olan çanta seçin, tək tərəfli olanlar yükü bərabər miqdar dağıtmazlar. Həmçinin çantanın parçası nazik olarsa, çantadakı kitablar kürəyi incidə bilər.

 

3. Çantanın bel kəmərinin olması faydalıdır, çünki bel kəmərini bağlaması ağır yükün kürəyə və çiyinlərə bərabər miqdarda yayılmasına kömək edər.

 

4. Təkərli çantalar, uşaqlar üçün daha rahat ola bilər. Xüsusilə, çanta yükü normaldan daha çox olan uşaqların onurğa sağlamlığı üçün qoruyucudur.

 

5. Çantanın ağırlığı uşağın ağırlığının 10-15%-ni keçməməlidir. Kürək çantası, ibtidai sinif uşaqları üçün 3-5 kiloqram, orta sinif üçün maksimum çanta ağırlığı 8 kiloqram olmalıdır.

 

Çantasını hər gün yoxlayın:

 

- Uşağınızın çantasını düzgün taxmasını diqqət edin. Lazım olmayan əşyaları çantadan çıxarın. Ağır çanta daşımaq məcburiyyətindədirsə, kürək və bel əzələlərini gücləndirəcək idmanlar etsin.

 

- Əgər ağrıları varsa, mütləq həkimə göstərin.

 

Həcər Əmiraslanlı