Yaponiyada zəlzələdə heç bir evin dağılmadığı şəhərin sirri nədir?

Bölmə: Dünya › ,
Tarix: 12:19 09.01.2024

Yeni ilin ilk günü Yaponiyada baş verən 7,6 bal gücündə zəlzələdə ölənlərin sayı 160-a yüksəlib. Balıqçılıq kəndində zəlzələ zamanı heç kimin burnu belə qanamayıb. Həmin kəndin sakinləri zəlzələlərə qarşı ənənəvi evlərinin sirrini deyirdilər.

 

Yaponiyada baş verən 7,6 bal gücündə zəlzələ yarımadanın yerini dəyişib. Lakin episentrdən cəmi bir neçə kilometr aralıda yerləşən balıqçı kəndi tamamilə sağ qalmağı bacarıb. Bu kiçik və ənənəvi taxta evlərin sirrini Aksaki kəndinin sakinləri danışıblar.Bu kiçik və ənənəvi taxta evlərin sirrini Aksaki kəndinin sakinləri danışıblar. Kənd sakinlərinin fikrincə ən böyük sirr möhkəm və sıx sütunlardır. "Mən çox ruhlandım, çünki kənd hələ də ayaqda idi. Sunaminin kəndə də dəydiyini bilirdim. Lakin ziyan o qədər də ciddi deyildi və heç bir ev dağılmayıb. Mən bu kəndi sevirəm, ona görə də imicini qorumaq istəyirəm. Ev cox dar torpaqda yerləşir, binanın çoxlu balaca otaqları var çoxlu dirəkləri var. Bu da əsas amil ola bilər. Ən pis sarsıntı kəndin yaxınlığında olub. Buna baxmayaraq bir az ziyan vurduq. Evlər digər rayonlara nisbətən daha çox bir-birinə yaxın tikilib. Ənənəvi olaraq çimərlikdə ön pəncərə kimi daxma, arxasında isə dar əsas ev var”.

 

Zəlzələlərdən sonra ətraf şəhərlərin boşaldılması davam edir. İndiyədək 2 min insan təxliyə edilib. Təxliyə və axtarış-xilasetmə işlərində 6 min əsgər çalışır.

 

Təhminə Abdurəhimova