ABŞ-da sərhəd təhlükəsizliyi ilə bağlı fikir ayrılıqları davam edir-Politoloqdan ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 16:57 09.02.2024

ABŞ-da sərhəd təhlükəsizliyi ilə bağlı davam edən fikir ayrılıqları fonunda Texas qubernatoru Qreg Abbott və digər 14 respublikaçı qubernator bazar günü Bayden administrasiyasına qarşı birlik mesajı veriblər.

 

Baş verən sərhəd təhlükəsizliyi məsələsində  fikir ayrılıqlarının səbəbi nələrdir ?


Bu qarşıdurmada Baydeni hansı hadisələr gözləyir ?


Mövzu ilə bağlı politoloq Turan Rzayev informator.az-a açıqlama edib.

 

"Hal-hazırda Amerika Birləşmiş Ştatlarında əsas problem miqrant məsələsidir ki, Cənub ştatlarınına bu miqrant axını durmadan gəlir. Cənub ştatları bu məsələdə olduqca narazıdır. Tramp ölkəyə miqrant axının qarşısını almaq istəyir. Bayden adminstrasiyası isə bu məslədə tamam fərqli düşünür və bu Cənub ştatlarında ciddi narazılıq yaradır və mərkəzi hakimiyyətdə bu narahatlıq  günü-gündən artmaqdadır".

 

Politoloq bildirir ki, ştatlar arasında baş verən narazılıq Amerika tarixində "Vətəndaş müharibəsi"ndən sonra ilk bu dəmli ştatların mərkəzi hakimiyyətinin fikir ayrılıqları yaşaması hadisəsidir.

 

"Hazırda ştatlar içərisində daha çox müstəqillik arzusunda olan ştat Texas ştatıdır. Belə ki, Texas qubernatoru Qreq Ebbot Baydenin Meksika sərhədindən tikanlı məftillərin çıxarılması tələblərinə əməl etməyəcəyini və miqrantlara qarşı istehkamlar tikməyə davam edəcəyini bildirib. Qubernator ştatın Milli Qvardiyasının sərhədi öz nəzarətində saxlamağa davam edəcəyini, eyni zamanda federal qüvvələrin müdaxiləsinə icazə verməyəcəklərini bildirib. Miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Ağ Evin bu cür hərəkətlərindən sonra Respublikaçıların iqtidarda olduğu 25 ştat Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəyini bildirib".

 

Turan Rzayev qeyd edir ki,Texas ştatı ABŞ-ın ən zəif nöqtəsidir. Ştatda baş verənlər hər nə qədər ciddi olsa və ya ştat hər nə qədər müstəqillik tələb etsə də, Vaşinqtonun buna icazə verməsi mümkün deyil.

 

"Amma bundan əlavə, Kaliforniya ştatı da, Havay ştatı, Alyaska ştatı da müxtəlif vaxtlarda ayrılmaq barədə  fikirlər səsləndiriblər. Lakin hələki bu məsələlər onlayn platformalarda gedən müzakirədir, buna dair konkret bir şeylər yoxdur. Hazırki gərginlik ştatların mərkəzi hakimiyyətlə narazılığıdır. Bu hadisələr formunda Baydenin presteji aşağı düşür və seçkidə Trampın mövqeyini gücləndirir. Təsadüfi deyil ki, cənub ştatların çoxsu Trampı dəstəklədiyini bildiriblər və böyük ehtimalla da səsvermə zamanı Trampın səslərinə təsir edəcək".

 

Politoloq sonda onu da diqqətə çatdırır ki, Trampın hakimiyyətə gələn kimi miqrant məsələsini həllinə açıq vəd verməsi mövcud vəziyyətin Trampın xeyrinə, Baydeninsə əleyhinə davam edəcək.

 

Azər Abuşov