Lavanda yağının saç üçün faydaları nədir?
Bölmə: Maraqlı › ,Tarix: 22:55 12.02.2024
Lavanda yağı saçların böyüməsini təmin edir . Saç foliküllərini stimullaşdıraraq saç böyüməsini dəstəkləyir. Bu xüsusiyyət saç tökülməsi problemi olanlar üçün faydalıdır. Baş dərisini sağlam saxlayır. Kəpək əmələ gəlməsinin qarşısını alır və baş dərisi problemlərini yüngülləşdirir. Saçları kökündən ucuna kimi qidalandırır və gücləndirir, qırılma və zədələnmə riskini azaldır.
Lavanda yağının rahatlaşdırıcı qoxusu saça qulluq rutinini sakitləşdirici təcrübəyə çevirir və stressi azaltmağa kömək edə bilər. Saçlara təbii parlaqlıq və canlılıq verir, mat və cansız saçları canlandırır. Saçlara lavanda yağının tətbiqi düzgün aparılarsa saç sağlamlığının yaxşılaşdırılmasında çox təsirli ola bilər.
Lavanda yağını saçda ən azı 30 dəqiqə ,ideal olaraq işə bir neçə saat və ya bir gecə də saxlamaq olar. Bu yağın baş dərisinə və saç tellərinə dərindən nüfuz etməsinə imkan verir. Yağlı saçları adi şampun ilə yuyun. Lazım gələrsə, yağı tamamilə çıxarmaq üçün iki dəfə şampunla yuyun.
Səkinəbəyim Cəfərova