Sirr açıldı! Demensiyanı 15 il əvvəldən proqnozlaşdıran qan testi

Bölmə: Araşdırma › , Maraqlı › ,
Tarix: 22:22 14.02.2024

Alimlər demensiyanı 15 il əvvəldən təyin edən qan testi hazırlayıblar.

 

Bildirilib ki, bu qan testi sayəsində demensiyanın qarşısını alacaq dərmanlar istehsal oluna bilər. "Nature Aging" jurnalında dərc olunan araşdırmada 52 min adamdan alınan qan nümunələri araşdırıldı. Qanlarında 11 protein "biomarker" aşkar edilən 1417 nəfər sonrakı illərdə demensiyaya tutuldu. Bu zülallar təsbit edilərək, demens başlanmasından 15 il əvvələ qədər xəstəliyi müəyyən edə bildiyi bildirilir. Bu qan testi sayəsində demensiyanın qarşısını alacaq dərmanlar da istehsal oluna bilər.

 

Aytac Kərimova 

Mənbə: CNNTürk