Avtomobillərdə “manual” erası bitir?

Bölmə: Araşdırma › ,
Tarix: 17:42 16.02.2024

Texnologiyanın inkişafı bəzi şeyləri standart formaya gətirir. Məsələn, 2000-ci ildə kruiz sabitləyicisi fantastik xüsusiyyət sayılsa da, indi hətta B seqmentli avtomobillərin alt paketlərində də mövcuddur.  Son illərdə avtomatik ötürmə sistemi də standart hala gəldi. Bir çox maşın həvəskarlarına manual sürət qutusu sistemini sevdirən marka olan “BMW” də avtomatikləşmə yolunda irəliləməyi seçən şirkətlərdən biri oldu.

Şirkətin  idarə heyətinin üzvü Frank Veber bugünkü avtomobillərin ötürücü seçimləri ilə bağlı ciddi açıqlama verib. Artıq bir çox modellərində mexaniki sürət qutusu variantını aradan qaldıran “BMW”  manual prinsipə əsaslanan avtomobillərin satışının istehsal xərclərini ödəmədiyini bildirib.  Mexaniki ötürücülüı vasitələrin istehsalının şirkət üçün ağlabatan olmadığını bildirən Weber artıq “M” seriyasında belə mexaniki sürət qutusunun olmayacağını əlavə edib. Əksər avtomobil həvəskarlarının “BMW”nin bu addımını narazılıqla qarşılayacağı aşkardır.  Bununla belə, hətta çoxluğun  avtomatik sistemə keçdiyi dövrdə manual sistemin saxlanması markalara da ciddi  çətinlik törədir.

 

Əli Məmmədli