“Apple” yeni cihazı ilə rəqabətə qoşuldu

Bölmə: Araşdırma › ,
Tarix: 21:13 21.02.2024

Son zamanlar smart üzük bazarında rəqabət kifayət qədər gərginləşib. “Android” cəbhəsinin lideri olaraq görülən "Samsung"  yanvarda  keçirilən “Unpacked” tədbirində   yeni "Galaxy Ring” seriyasını  təqdim edib.  Xüsusiyyətləri ilə diqqət çəkən bu ağıllı üzükdən sonra təbii olaraq “Apple”dan cavab gözlənilirdi.  

 

Adətən, texnologiya sektorunda rəqabət  deyiləndə ilk ağıla gələn şirkətlər “Apple” və  “Samsung” olur.  Ağıllı üzük bazarında da ,görünür,  bu belədir. Ən son proseslər onu deyir ki,  ABŞ’ın texnologiya nəhəngi “Apple”, rəqib şirkət  “Samsung”un yaxın aylarda “Galaxy Ring”i təqdim edəcəyi üçün işlərini sürətləndirib. Artıq məlum idi ki, “Apple” ağıllı üzük üzərində işləyir. İlk dəfə 2007-ci ildə qaldırılan iddialarla başlayan bu proses, şirkətin illər ərzində bir çox patent üçün müraciət etməsi ilə davamını sürdürüb.  Bu patentlər “Apple”ın smart üzük üzərində ciddi işlədiyini göstərir. Patentlərə görə, “Apple Ring” adlanacağı gözlənilən ağıllı üzük, smart formatlı  və qısa məsafəli simsiz rabitə kimi xüsusiyyətlərlə təchiz ediləcək. Bununla belə, istifadəçilərin asanlıqla qarşılıqlı əlaqədə olması üçün kiçik sensor ekran olacaq. Həmçinin üzük  akselerometr və giroskop kimi sensorlarla  hərəkəti izləyə və ürək döyüntüsü kimi sağlamlıq datalarına nəzarət edə bilən xüsusiyyətlərə sahib olacaq. Bu kontekstdə qeyd etmək lazımdır ki, texnologiya dünyasında gözləntilər həmişəki kimi böyükdür.

 

Əli Məmmədli