“Google” yüksəlişə davam edir

Tarix: 19:07 22.02.2024
Son zamanlar dünyanın nəhəng şirkətləri arasında rəqabət kifayət qədər gərginləşib. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi reytinq cədvəlində “NVIDIA” süni intellektlə bağlı ciddi strategiyaya əsaslanan addımlarıyla “Amazon” və “Google”u geridə qoyaraq iki pillə yüksəlib. Lakin şərait dəyişib. Artıq “Google” hər iki şirkəti geridə qoyub.
“CompaniesMarketCup”da paylaşılan məlumatlara görə, dünyanın ən dəyərli şirkətləri arasında altıncı yerdə olan “Google” peşəkarlıqla “Amazon” və “NVIDIA”nı geridə qoyaraq dördüncü yerə yüksəlib. Həmçinin texnologiya nəhənginin hazırki bazar dəyərinin 1,760 trilyon dollar olduğunu da görürük. “Amazon” və “NVIDIA”nın bazar dəyərinin müvafiq olaraq 1,735 trilyon və 1,715 trilyon dollar olduğu məlumdur. Nəticədə, üç “flaqman” arasında ciddi bir fərq sezilmir. Buna görə də reytinq bir neçə saat ərzində dəyişə bilər.
Əli Məmmədli
İstanbul sakinlərinin şəxsi məlumatlarının ələ keçirildiyini göstərən səs yazısı əldə edilib
İstanbul sakinlərinin şəxsi məlumatlarının ələ keçirildiyini göstərən səs yazısı əldə edilib