Audiovizual Şuranın elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb

Bölmə: MEDİA › ,
Tarix: 20:22 04.03.2024

Audiovizual Şuranın elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb. Mövzu ilə bağlı "İnformator.az"-a Audiovizual şuradan xəbər verilib.

 

 

Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün Azərbaycan Respublikası Audiovizual Şurasının 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatıb. Müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib:

 

1. "Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Sağlam Radio")

2."Orion Sky" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Həyat FM")

 

"Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunan sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcəkdir.