Tarixdə bu gün - Ceyhun Mirzəyevin anım günüdür-AÇIQLAMA

Bölmə: Mədəniyyət › ,
Tarix: 20:07 05.03.2024

Bu gün ‘’Ögey ana’’ və ‘’Fəryad’’ filmlərdəki obrazları ilə yadda qalan dahi sənətkar Ceyhun Mirzəyevin anım günüdür. Ceyhun Cəmil oğlu Mirzəyev 9 aprel, 1946 Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnistutunun rejissorluq fakültəsini bitirib. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş’’ filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. Ceyhun Mirzəyev yaratdığı obrazlar ilə Azərbaycan kinosuna böyük qatqıları olub. Dahi sənətkar ürək tutması səbəbilə 5 mart, 1993-cü ildə vəfat edib. Yasamal qəbirstanlığında dəfn edilib.

Ceyhun Mirzəyevin yaradıcılığı ilə bağlı kinorejissor Natiq Novruzov ‘’informator.az’’a açıqlamasında bildirib ki, Ceyhun Mirzəyev ‘’Ögey ana’’ filmində yaratdığı İsmayıl obrazı ilə yaddaşlara həkk olunub. ‘’Fəryad’’ filmində isə həm aktyorluğu, həm də rejissorluğu ilə hər kəsi heyran buraxdı. Təəsüf ki, sonda həmin filmi izləmək də özünə qismət olmadı:

‘’Ceyhun Mirzəyevin çalışdığı ‘’Axırıncı aşırım’’ filmi çox öncədən çəkilsə də Azərbaycan kinosuna çox şey qatıb. Ceyhun Mirzəyev Mozalan rəhbəri işlədiyi zamanda möhtəşəm sujetlərin həm yazıçısı, həm də rejissoru olub. Azərbaycan filminə həm aktyor, həm də rejissor kimi çox şey qazandırıb. Bundan əlavə onun ‘’Yenilməz batalyon’’ , ‘’Gözdən uzaq’’ , ‘’İmtahan’’ , ‘’İntizar’’ və s. filmlərini nümunə göstərmək olar".

 

Sevinc Yarməmmədova