Metabolik sindromların pisləşməsi xərçəng riskini artırır
Bölmə: Araşdırma › ,Tarix: 23:13 12.03.2024
Çinli tədqiqatçılar aşkar ediblər ki, yüksək qan təzyiqi, qarın nahiyəsində artıq piylənmə və anormal xolesterin səviyyəsi kimi metabolik sindromların pisləşməsi xərçəng riskini artırır.
Medical Xpress internet saytının xəbərinə görə, Çindəki Capital Medicine Universitetinin alimləri orta yaşları 49 olan 44 min 115 böyüklərin iştirakı ilə araşdırma aparıblar.
Buna görə, 2006-2010-cu illər arasında 4 ayrı kateqoriyada müayinə edilən iştirakçılar arasında 4 min 657-də aşağı metabolik sindrom, 18 min 18-də orta-aşağı, 18 min 288-də orta-yüksək metabolik sindrom, 3 min 152-də yüksək metabolik sindrom var.
Daha sonra 2010-2021-ci illərdə keçirilən nəzarət müayinəsi zamanı bu iştirakçılardan 2271 nəfərində xərçəng aşkarlanıb.
Tədqiqat yüksək metabolik sindromu olan iştirakçılarda aşağı sindromu olanlarla müqayisədə xərçəng diaqnozu riskinin daha yüksək olduğunu müəyyən etdi.
Tədqiqatda yüksək metabolik sindromu və xroniki iltihabı olan iştirakçıların döş, uşaqlıq yolu, kolon və qaraciyər xərçəngi inkişaf riskinin artdığı, xroniki iltihabı olmayanlarda isə böyrək xərçəngi riskinin daha yüksək olduğu müşahidə edilmişdir.
Tədqiqatın müəlliflərindən biri olan Dr. Han Ping Shi, yüksək qan təzyiqi, artıq qarın yağı və anormal xolesterin səviyyələri kimi metabolik sindromların müalicəsinin xərçəngdən qorunmaq üçün "vacib strategiya" ola biləcəyini söylədi.
Tədqiqatın nəticələri Ameri Xərçəng Cəmiyyətinin "Cancer" jurnalında dərc olunub.
Aynur Babayeva