Ezamiyyət pulu artırılır ?-AÇIQLAMA
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:40 27.03.2024
Azərbaycanda ezamiyyə xərcləri artırılacaq. Millət vəkili Vüqar Bayramov deyib ki, son altı ildir ezamiyyə xərcləri və tarifləri dəyişmir.
Faktiki olaraq həm daxildə, həm də xaricdə ezamiyyə xərcləri olduqca aşağı göstəricidədir. Yəni vəsait ezamiyyədə olan şəxslərin xərclərini qarşılamır. Mövcud qaydalara əsasən, Bakıda gündəlik ezamiyyə xərci 90, iri şəhərlərdə 70, digər rayonlarda isə 65 manatdır. Xarici ölkələr və həmin ölkələrin paytaxtları üçün nəzərdə tutulan ezamiyyə xərlcərinin də aşağı olduğu bildirilir.
Ezamiyyə xərclərində hansı dəyişikliklər gözlənilir ? Hansı şəxslərdə ezamiyyə xərcinin miqdarı daha çox artırılır ?
Mövzuyla bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, son illərdə ölkəmizdə və dünyada müxtəlif sahələrdə baş verən artımlar ezamiyyət pulunun artırılması halını zəruri edir:
Ezamiyyət xərclərində dəyişiklik artırılma istiqamətində gedir. Təbii ki, son 6 ildə inflyasiya ilə əlaqədar nəqliyyat, otel xidmətləri, ərzaq məhsulları və s. kimi sahələrdə bahalaşma müşahidə edilib. Ezamiyyətdə işçiyə müəyyən qədər ezamiyyət pulu verilir ki, o pul çərçivəsində xərclənməlidir. Yəni ezamiyyət normaları çərçivəsində xərcləri şirkətlər özlərinin xərcləri sırasına sala bilir. Dövlət isə müəyyən məbləğdən əlavə pul vermir. Bu həm özəl sektora da təsir edir. Özəl şirkətlər dövlətdən fərqli olaraq ezamiyyət pulunu daha çox verə bilər, ancaq ezamiyyət çərçivəsində mənfəətini azalda bilər. Bu baxımdan ezamiyyət norması dövlət və özəl sektorda çalışanlara təsir edəcək. Səbəbi isə nəqliyyat, otel və s. kimi xidmətlərin ölkəmizdə və dünyada bahalaşması səbəbindəndir”.
Azər Abuşov