HƏMAS bu fondun ləğvini tələb edib

Bölmə: Dünya › ,
Tarix: 12:03 13.07.2025

HƏMAS İsrail və ABŞ tərəfindən idarə olunan Qəzzaya Humanitar Yardım Fondunun ləğvini tələb edib.

"İnformator.az" xəbər verir ki, bu barədə qurumun Teleqram kanalında yayılan məlumatda qeyd olunub.

“Sionist-Amerika qüvvələri tərəfindən yardım paylama məntəqələri yaxınlığında davam edən sistemli qətllər onların xalqımızın mühasirəsində, aclıq və qətlində cinayətkar rolunu təsdiqləyir. Bunun üçün bütün ərəb dünyası və beynəlxalq ictimaiyyətin bu qeyri-insani mexanizmi dağıdıb onu yaradanların ədalət qarşısında cavab verməsi üçün dərhal hərəkətə keçməsini tələb edirik”, - məlumatda qeyd olunub.

 

Qeyd edək ki, “Əl Cəzirə” telekanalı Qəzzanın cənubundakı Rəfah şəhərinin Əl-Şakuş məhəlləsində yardım fondunun obyektlərindən birinin qarşısında 34 fələstinlinin güllələndiyi barədə məlumat yayıb.