AzParkinqlə bağlı şikayət: "Vətəndaş parkinq pulu ödəsin yoxsa cərimə"?

Bölmə: Sosial › ,
Tarix: 20:53 22.04.2024

Vətəndaş AzParking ilə bağlı "İnformator.az"a şikayət ünvanlayıb. Şikayətçi AzParking ilə bağlı bir neçə vətəndaşın da eyni problemlərlə üzləşdiyini iddia edir. 

 

Vətəndaş AzParkingin application-nın düzgün işləməməsindən şikayət edir. Vətəndaş bildirir ki, application parking yerini səhv göstərir. Bunun üçün də həm parking pulu çıxılır, həm də cərimə gəlir:

 

"Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərinin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Hər bir zona üzrə məntəqələr təşkil olunaraq məlumat lövhələri ilə təchiz edilib. Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı və parklanma məntəqəsinin nömrəsini “1181” qısa nömrəsinə göndərməlidirlər.

Qeyd edək ki, sürücülər avtomobili park etdikləri məntəqə ilə mobil tətbiqdə seçdikləri məntəqə nömrəsinin eyniliyinə əmin olmalıdırlar. Mobil tətbiqdəki məntəqə sıralamasından onlara aid olduğu düzgün seçilməlidir. Bir yalnış rəqəm cərimələnməyə səbəb olur".

 

Bəs parklanma yerində əməkdaşlara ehtiyac var? 

 

"Hər bir parklanma məntəqəsində parklanmanın və ödənişlərin həyata keçirməsi qaydalarını əks etdirən lövhələr quraşdırılıb. Sürücülər məlumat lövhələrindəki informasiya uyğun olaraq parklanma prosesini reallaşdıra bilərlər. Parklanmaya nəzarət edən xüsusi ayrılmış əməkdaşların hər məntəqədə olması isə mütləq və məcburi deyil. 

 

Yaranmış suallarla isə məlumat lövhəsində də qeyd edilən AYNA-nın 141 - Çağrı Mərkəzinə müraciət etmək mümkündür. Daxil olan şikayətlər isə müvafiq şöbədə araşdırılaraq vətəndaşa cavab verilir.  

Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq və sms vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir".

 

 

Asiman Hafizqızı